Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Çexiyanın turizm təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişafı və qarşılıqlı iş birliyinin qurulması məsələləri fevralın 3-də ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə Assosiasiyanın fəaliyyəti və üzvləri
haqqında məlumat verilib, birgə
layihələrin hazılanması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkil, eləcə də Bakı-Praqa arasında avia reyslərin sayın
artırılması məsələləri ətrafında
fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı turistlərə
viza verilməsi şərtlərinin sadələşdirilməsi, viza verilmə mərkəzlərində sənədlərin
qəbulu prosesində yaşanan müəyyən çətinliklərin aradan qaldırılması məsələləri də
müzakirə olunub.
Görüş çərçivəsində səfir
Milan Sedlaçek, komminikasiya əlaqələrinin
qurulması, qarşılıqlı turist cəlb ediliciyinin artırılması və iki tərəfli əməkdaşlığın
inkişafı üçün səfirliyin dəstək göstərəcəyini diqqətə çatdırıb.