Azərbaycan Turizm Agentlikləri Assosiasiyası qurumun 20-dən artıq üzv şirkəti üçün Şurabad qəsəbəsində yerləşən “Blueplanet” hotelinə tanışlıq məqsədli infotur təşkil edib.
İnfotur zamanı ATAA üzvləri “Blueplanet” hotelinin fəaliyyət istiqaməti, tutumu, istirahət və əyləncə imkanları, turistlərə göstərilən xidmət təklifləri ilə bağlı məlumatlandırılıb, həmçinin qarşılıqlı əməkdaşlıq imkanları və qiymət təklifləri müzakirə olunub.