×
ATAA bir sıra turizm sənayesinin nümayəndələrinə iftar süfrəsi verib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq aviaşirkətlərin nümayəndələri, o cümlədən Dövlət Turizm Agentliyinin və ATAA-nın İdarə Heyətinin üzvləri üçün iftar süfrəsi verilib.


Görüş çərçivəsində Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov dəvətli qonaqlara ATAA-nın fəaliyyətində və qurumun inkişafında bu günə qədər göstərdikləri dəstəyə görə öz dərin minnətdarlığını bildirib.


Son illər turizm sektorunun bərpasında pozitiv dinamikanın müşahidə olduğunu və müsbət irəliləyişin artan templərlə davam etdiyini qeyd edən Göydəniz Qəhrəmanov bu istiqamətdə başda Dövlət Turizm Agentliyi olmaqla hava yolları şirkətlərinin böyük əməyi olduğunu diqqətə çatdırıb.


ATAA sədri son dövürlərin statistik məlumatlarına əsasən həm Azərbaycana səfər edən, həm də ölkədən gedən şəxslərin   hava yolları vasitəsi ilə həyata keçirdiyi turizm məqsədli səfərlərinin sayının artmasını ölkə turizminin inkişafı, eləcə də Azərbaycanın turizm imkanlarının tanıtımı baxımından böyük uğur olduğunu deyib.


Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının son illər yerli və beynəlxalq aviadaşıyıcılar ilə əməkdaşlıq sahəsində səmərəli əlaqələr qurduğunu  qeyd edən Göydəniz Qəhrəmanov gələcəkdə də birgə iş birliyinin və  qarşılıqlı əməkdaşlığın inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib.

 grid-photo1712650872.jpggrid-photo-81712650871.jpggrid-photo-41712650870.jpggrid-photo-91712650871.jpggrid-photo-71712650871.jpggrid-photo-11712650870.jpg