×
ATAA bir sıra hotellərə səmərəli əməkdaşlığa görə təşəkkürnamələr təqdim edib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2022-ci ildə Assosiasiyaya üzv olan şirkətlərlə qarşılıqlı biznes fəaliyyətinin qurulmasında sıx əməkdaşlıq edən və birgə iş birliyi formalaşdıran 30-a yaxın hotelin rəhbər şəxslərinə təşəkkürnamələr təqdim edib.


Tədbirdə çıxış edən Assosiasiyanın İdarə Heyətinin sədri  Göydəniz Qəhrəmanov  hotelllərlə turizm şirkətləri arasında birgə fəaliyyətin qurulmasının vacibliyinə toxunaraq  qarşılıqlı iş birliyinin formalaşdırılmasının  ölkə turizminin inkişafına  daha çox fayda verə biləcəyini diqqətə çatdırıb.


Assosiasiya sədri rəhbərlik etdiyi qurumun  gələcəkdə də turizm  sənayesi nümayəndələri arasında sağlam rəqabətə əsaslanaraq qurulan qarşılıqlı biznes əlaqələrininin səmərəliliyinin artırılması  və  daha da genişləndirilməsi üçün bu istiqamətdə işlərin davam etdirəcəyini bildirib.


Hotel nümayəndələrinə təşəkkürnamələr Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov,Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov tərəfindən təqdim olunub.


Tədbirdə hotel nümayındələri ilə yanaşı Assosiasiyaya üzv olab bir sıra şirkətlər,eləcə də Dövlət Turizm Agentliyinin  və Azərbaycan Turizm Bürosunun nümayəndələri də iştirak ediblər.

 


grid-photo-251678974186.jpggrid-photo-211678974182.jpggrid-photo-151678974180.jpggrid-photo-81678974171.jpggrid-photo-111678974177.jpggrid-photo-291678974205.jpggrid-photo-11678974171.jpggrid-photo-301678974212.jpggrid-photo-281678974202.jpg