×
ATAA Azərbaycan Hava Yolları ilə əməkdaşlıq əlaqələrini genişləndirir


 

Azərbaycan Hava Yolları QSC-nin Birinci vitse-prezidenti, “Azərbaycan Hava Yolları” aviaşirkətinin icraçı direktoru Samir Rzayevlə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və bir sıra üzv şirkətlərin rəhbərləri arasında işgüzar görüş keçirilib.

 

Görüş çərçivəsində AZAL rəhbərliyi aviaşirkətin gələcək planları, eləcə də marşrut şəbəkəsinin genişləndirilməsi barədə ATAA nümayəndələrinə məlumat verib. Həmçinin tərəflər cari məsələləri və əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Müzakirələr zamanı 2023-cü il yanvarın 1-dən etibarən aviaşirkət və agentlər arasında birbaşa vasitəçilər olmadan əməkdaşlığ, agent satış kanalının inkişafı, NDC formatının tətbiqini nəzərdə tutan IATA BSP vasitəsi ilə satış sisteminə keçid mələlələri qeyd olunub.

Görüş çərçivəsində həmçinin Azərbaycanda gəlmə turizmin inkişafı üçün yeni istiqamətlərin açılması və agentlərin bu prosesdə fəal iştirakı da nəzərdən keçirilib. Bununla əlaqədar qrup daşımaları üzrə agentlərlə aviaşirkətlər arasında qarşılıqlı əlaqələrin sadələşdirilməsinin və unifikasiyasının, eləcə də agentlərin sifarişi ilə çarter reyslərinin təşkilinin zəruriliyi də qeyd edilib.