×
ATAA  İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə əlaqələri genişləndirir

ATAA ilə iş birliyinin artırılması və üzv şirkətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun Elmi-Mədəni Mərkəzinin direktoru Rəşad Qəmbərov arasında keçirilən görüşdə müzakirə olunub. 


Görüş çərçivəsində Qoruq ərazisində qeydiyyatsız fəaliyyət göstərən, eləcə də  qeyri peşəkar və sağlam rəqabətə əsaslanmayan  turizm xidmətləri təklif edən şirkətlər və şəxslərlə bağlı tənzimləyici addımların atılması, saxta ekskursiyalar təşkil edənlərə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi, o cümlədən qoruq ərazisində müasir və proqressiv turizmin inkişaf etdirilməsi və  Assosiasiya ilə turizm  əlaqələrinin dərinləşdirilməsi  məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Eyni zamanda Qoruq ərazisində keçirilən tədbirlər, yeniliklər və  yeni turizm məhsulları  haqqında məlumatların ATAA ilə öncədən  bölüşülməsi, üzv şirkətlər üçün tanışlıq məqsədli infoturların təşkili ,həmçinin turistik  səfərlər zamanı avtobusların qoruq ərazisinə daxil olması, turistlərin daşınmasında elektrokarların cəlb olunması məsələləri  müzakirə olunub. 


Görüş zamanı  ATAA sədri Göydəniz Qəhrəmanov yaşanan problemlərin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə və birgə fəaliyyəti genişləndirməyə hazır olduğunu diqqətə çatdırıb.