×
ATAA  beynəlxalq hotel şəbəkəsi ilə əməkdaşlıq əlaqələrini müzakirə edib


Qarşılıqlı turizm əlaqələrinin inkişafı və birgə iş birliyinin yaradılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla beynəlxalq hotel şəbəkisi olan “Aitken Spence Hotels”in vitse-prezidenti Darell De Crusz, eləcə də hotel şəbəkəsinin Rusiya və MDB ölkələri üzrə  biznesin inkişafı direktoru Marina Smirnova, Şri-Lanka və Maldiv adları üzrə meneceri Srinivasa Reddy və Air Arabia şirkətinin Bakı nümayəndəsi Zöhrab Əliyev arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüşdə ATAA sədri Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verib.

Göydəniz Qəhrəmanov ATAA-nın xarici ölkələr üzrə yeni destinasiyaların açılması və bu istiqamətlərdə turizm təşkilatları və hotell şəbəkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Son zamanlar Şri-Lanka və Maldiv adalarına səfər edənlərin sayında artımın müşahidə olunduğunu deyən ATAA sədri “Aitken Spence Hotels” ilə ATAA üzvləri arasında kommunikasiya əlaqələrinin genişləndirməsinin vacibliyini qeyd edib.

Müzakirələr çərçivəsində “Aitken Spence Hotels”in  nümayəndələri hotel şəbəkəsinin potensialı,ölkələr üzrə sayı və fəaliyyət istiqaməti, global hotel sənayesindəki uğurları haqqında  ATAA  sədrinə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı turist cəlbediciliyin artırırlması, ikitərəfli münasibətlərin inkişafı, maraq doğuran layihələrin və turizm istiqamətlərinin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Aitken Spence Hotels” Şri-Lanka, Hindistan, Oman və Maldiv adalarında iki əsas brend: Heritance Hotels and Resorts və Adaaran Resorts and Spa adı altında  22 hotel və kurort şəbəkəsini idarə edir.