×
ATA A-nın yeni tərkibdə formalaşdırılan Getmə Turizm Komitəsinin ilk iclası keçirilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yeni tərkibdə formalaşdırılan Getmə Turizm Komitəsinin ilk iclası keçirilib.


Görüş çərçivəsində komitə tərəfindən qaldırılan bir sıra problemlər sırasında vizaların verilməsində, qeyri qanuni yollarla yerlərin satılmasında, süni çətinliklərin yaradılmasında  üzv şirktlərin üzləşdikləri  çətinliklər, o cümlədən turizm bazarında baş verən dempinq prosesləri və onların  qarşısının alınması üçün turoperatırlarla sıx iş birliyinin artırılması məsələləri müzakirə olunub.


Bununla yanaşı həm getmə,həm də daxili turizmdə qeyri qanuni yollarla xidmətlər təqdim edən, sağlam rəqabət mühitinə mənfi təsir göstərən  turizm şirkətlərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

grid-photo-11716963222.jpggrid-photo-31716963223.jpggrid-photo-41716963223.jpg



İclasda ümumilkdə turizm sektorunun inkişafına süni əngəllər yaradan bu kimi amillərin üzə çıxarılmasının vacibliyinə toxunan ATAA -nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov komitə üzvlərinə  həmin mərkəzlərin, şirkətlərin  və şəxslərin ifşa olunması və araşdırılması istiqamətində aktivliyi artırımağa çağırıb. Göydəniz Qəhrəmanov Assosiasiya daxil olan bu kimi şikayətlərin ATAA tərəfindən bundan sonra da sənədləşdirilərək adiyati dövlət qurumlarına, səfriliklərə və təşkilatlara yönləndiriləcəyini və həllinin tapılması üçün  səylərin artırılacağını diqqətə çatdırıb.