×
Almandilli ölkələrin turoperatorları ilə ATAA üzvləri arasında  görüş keçirilib

Azərbaycan Turizm Bürosunun və Türk Hava Yollarının təşəbbüsü ilə Almaniya, Avstriya və İsveçrədən olan turoperatorlarla Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 30-dan artıq üzvü arasında B2B görüş keçirilib.

Görüş zamanı ATAA üzvləri tərəfindən almandilli ölkələrin turizm nümayəndələrinə ölkədə mövcud turizm xidmətləri və məhsulları haqqında ətraflı məlumat verilib, həmçinin qarşılıqlı turizm əlaqələrinin inkişafı və iş birliyinin genişləndirilməsini, əməkdaşlığın  artırılmasını, təcrübə mübadiləsinin aparılmasını, eləcə də turistlərin cəlb olunması istiqamətində birgə layihələrin həyata keçirilməsi və marketinq strategiyalarının hazırlanması, yeni turizm marşrutlarının yaradılması müzakirə olunub.

Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycanın beynəlxalq turizm bazarında daha geniş tanınmasına, turist axınının artırılmasına və milli turizm sektorunun inkişafına dəstək verməkdir.

 grid-photo-31733316131.jpggrid-photo-11733316130.jpggrid-photo-21733316130.jpggrid-photo-51733316132.jpg