Əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə iş birliyinin yaradılması məsələləri avqustun 3-də Dövlət Turizm Agentliyinin Sədri Fuad Nağıyevin, Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmitin, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Sədri Göydəniz Qəhrəmanovun, Azərbaycan Hotel Assosiasiyasının Sədri Eldar Əlimuradovun və İcraçı Direktoru Günay Sağlamın, eləcə də “Absheron Hotel Group”-un yeni Baş İcraçı Direktoru Matt Balcikin iştirakı ilə keçirilən işgüzar görüşdə müzakirə olunub.
Turizm sektorunun inkişafına və sənayenin fəaliyyətinin şaxələndirilmsinə həsr olunan görüşdə turizm şirkətləri və hotellər arasındakı kommunikasiya əlaqələrin genişləndrilməsi, biznes fəaliyyətinin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.