×
ATAA Venesuellanın turizm şirkətləri ilə əməkdaşlıq əlaqələrininin inkişafı prespektivlərini müzakirə edib

Aprelin 6-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran, eləcə də Venesualla Turizm Nazirliyinin nümayəndələri və bir sıra turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və inkişafı məsələlərini müzakirə edib.




“AITF 2023” 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi çərçivəsində təşkil olunan görüşdə qarşılıqlı turizm əlaqələrinin gücləndirilməsi, birgə işbirliyinin formalaşdırılması, kommunikasiya əlaqələrinin genişləndirilməsi, eləcə də turist cəlbediciliyinin artırılması məqsədilə infoturların planlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Görüş zamanı həmçinin iki ölkə arasında birbaşa aviauçuşların təşkili məsələsi də müzakirə olunub.

grid-photo-31680782535.jpg

 

grid-photo-21680782534.jpg