×

Hörmətli Həmkarlar!


Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Dövlət Məşğulluq Agentliyinin ortaq əməkdaşlığı çərçivəsində bir sıra layihələr nəzərdə tutulmuşdur. Dövlət Məşğulluq Agentliyi Turizm sənayesi nümayəndələri ilə görüş keçirmək niyyətindədir. Görüşün məqsədi turizm sənayesinə dəstək verilməsi çərçivəsində yeni layihələrlə bağlı üzvlərimizin məlumatlandırılmasıdır. Görüş zamanı aşağıda qeyd olunan mövzularla bağlı ətraflı məlumat verilməsi nəzərdə tutulmuşdur. 


- ƏMAS - Əmək münasibətlərinin alt sistemi

- Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı

- İrəliləyiş - təcrübə proqramı

- Şirkətlər üçün kadr hazırlığı - peşə hazırlığı


Görüş 9 fevral saat 15:00da ATAA – nın ofisində olacaqdır. 

İştirak etmək istəyən şəxslər, [email protected] elektron ünvanına mail göndərərək müraciətlərini bildirə bilərlər.