Assosiasiyanın Üzvləri

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası avqust ayının 1-dən etibarən quruma üzvlüklə bağlı sənəd qəbuluna start verib. Hazırda Assosiasiyaya  Azərbaycanın turizm bazarında tanınan və öz peşəkarlığı ilə seçilən  50  şirkət daxildir.

 

Assosiasiya, üzv olan agentliklərə bir mərkəz olaraq hüquqi yardımların göstərilməsini təmin edir, onların turizm sahəsində inkişaf etmələrinə, öz potensiallarını artırmaqlarına dəstək göstərir.

 

Bununla yanaşı, mütəmadi olaraq maarifləndirmə işlərinin aparılmasını, treyninglərin keçirilməsini həyata keçirir, üzv olan agentliklərin beynəlxalq turizm bazarlarına çıxmasına köməklik göstərir.

 

Assosiasiyaya üzv olmaq üçün  İctimai qurumun İdarə Heyəti tərəfindən müəyyən edilmiş 7 üzvlüyə namizədlik standartı mövcuddur:

 

  • Assosiasiyaya yalnız hüquqi şəxslərin namizədliyi qəbul edilir.
  • Namizədliyi irəli sürülən şirkətin rəsmi işçilərinin sayı və stabil fəaliyyəti müddəti minimum 3 il olmalıdır.
  • Üzvülüyə namizədlərin sosial şəbəkələrdə aktiv və qüsursuz fəaliyyəti olmalıdır.
  • Müasir standartlara uyğun maddi texniki baza və ofis təchizatı  olmalıdır.
  • Azərbaycan Sosial İqtisadi Bazarında yüksək qiymətləndirilən fəaliyyəti olmalıdır.
  • Şirkətin açıq və şəffaf şirkət kapitalizasiyası və vergi strategiyası olmalıdır.

 

Namizədlərin assosiasiyaya üzv seçilməsi İdarə Heyəti iclaslarında müzakirə edilir. Son qərar İdarə Heyəti tərfindən verilir.

 

Assosiasiyaya üzv olmaq üçün turizm şirkətləri üzvlük haqqında müraciət ərizəsini, üzvlüyə namizədlik formasını və üzvlük üçün tələb olunan sənədləri dolduraraq skan olunmuş versiyada info@ataa.az elektron poçtuna göndərməlidir.


Sənədləri yükləmək üçün aşağıdakı linklərdən istifadə edə bilərsiz: