XƏBƏRLƏR

Azərbaycan və Gürcüstanın turizm qurumları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib

22.04.2021

Aprelin 22-də Azərbaycan və Gürcüstanın turizm qurumları arasında 2021-ci ilin turizm perspektivləri və imkanları mövzusundə onlayn görüş keçirilib.

B2b formatında baş tutan görüşdə iki ölkə arsında turizm əlaqələrinin genişləndirilməsi, postpandemiya dövründə turizmin bərpası istiqamətində atılan addımlar müzakirə edilib, eləcə də sərhədlərin açılması, səyahət edən turistlərin sağlamlığının qorunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində çıxış edən Gürcüstan Milli Turizm Administrasiyasının birinci müavini Tamuna Koriauli pandemiyadan öncə Gürcüstanın istər qış aylarında, istərsə də yayda Azərbaycan vətəndaşlarının sevərək səfər etdikləri ölkələrdən biri olduğunu və ölkə turizminin gəlirlilik baxımından əhəmiyyətli bir hissəsini təşkil etdiklərini deyib. O pandemiyayay görə bir çox ölkələr kimi Gürcüstan turizminin də çətin günlər yaşadığını və tezliklə ölkələrinə əcnəbi qonaqların yenidən səfərlər təşkil edəcəyinə ümüdvar olduğunu bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İcraçı direktoru Əli İsrafilov gurum haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. O hazırda assosiasiyanın tərkibində 90 aparıçı turizm şirkətinin üzv olduğunu və onlardan bir sıra agentliklərin Gürcüstanın turizm şirkətləri ilə əməkdaşlıq etdiklərini qeyd edib. Əli İsrafilov pandemiya şəraitinin olmasına baxmayaraq üzv şirkətlərin öz xarici partnyorları ilə bacardıqları qədər əlaqələrin qırılmaması üçün çalışdıqlarını bildirib.

Görüşdə Azərabycan Turizm Bürosunun icraçı direktorunun müavini və digər nümayəndələri də iştirak edib.