XƏBƏRLƏR

Azərbaycan vəTacikistanın turizm qurumları arasında turizmin bərpası müzakirə olunub

21.04.2021

Azərbaycanla Tacikistan Respublikası arasında turizmin inkişafı, postpandemiya dövründə iki ölkə arasında qarşılıqlı turist səfərlərinin təşkili ilə bağlı onlayn görüş keçirilib.

Görüş çərçivəsində turizmin bərpa edilməsi, ekoturizmin, agro turizmin və sağlamlıq turizminin inkişafı və təşviqi kimi məsələlər müzakirə edilib, eləcə də iki ölkə arasında təcrübə mabadiləsinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirak edən Tacikistan Respublikasının turizm nümayəndələri son illər Tacikistanda turizmin inkişafı üçün görülən işlər, yaradılan ifrastruktur və ölkənin turizm imkanları, turizm istiqamətləri haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər.

Görüş çərçivəsində Tacikistandan olan turizm nümayəndələrinə Azərbaycanın turizm potensialı,turizm destinasiyaları, postpandemiya dövründə  xarici bazarlarla aparılan işlər haqqında   məlumat verilib

Tədbirdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev rəhbərlik etdiyi qurumun gördüyü işlər və gələcək fəaliyyətləri haqqında danışıb. Pandemiya döründə turizm şirkətlərinin çətinliklərlə üzləşdiyini deyən Rüfət Hacıyev hazırda onların fəaliyyətinin qismən də olsa  bərpa edilməsi  üçün çalışdıqlarını qeyd edib.

Görüşdə Tacikistan Respublikasının Azərbaycandakı səfiri Rustam Soliyev, Tacikistanın turizmin inkişafı komitəsinin sədr müavini Kəmaləddin Muminzod, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev, Azərbaycan Turizm Bürosunun nümayəndələri və iki ölkənin turizm şirkətlərinin  rəhbərləri iştirak edib.