Hörmətli və dəyərli Rüfət Hacıyev,
Sizi doğum günü münasibətilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri adından səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, işlərinizdə müvəffəqiyyətlər və yeni uğurlar arzu edir, ən xoş arzularımızı çatdırırıq.
İnanırıq ki, assosiasiyanın rəhbəri olaraq gələcək fəaliyyətinizdə ölkəmizin turizm sənayesinin inkişafında, eləcə də turizm agentliklərinin postpandemiya dövründə fəaliyyətlərinin bərpa edilməsində yaxından iştirak edəcək və dəstəyinizi əsirgəmiyəcəksiniz.
Hörmətlə
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri