XƏBƏRLƏR

ATAA turizm nümayəndələri üçün təlimlərə start verib

17.03.2021

ATAA-nın təşəbbüsü ilə quruma üzv olan şirkətlərin nümayəndələri üçün təlim keçirilib

Martın 17-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə quruma üzv olan şirkətlərin nümayəndələri üçün növbəti təlim keçirilib.

Onlayn formada baş tutan təlimdə iştirakçılara mədəni turizmdə klasterləşmənin səmərəliliyi və turizmdə birgə inkişafın əhəmiyyəti haqqında geniş məlumat verilib,təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlimin spikerləri ATAA-nın Təlim Tədris Şöbəsinin rəhbəri Ruslan Quliyev və Türkiyəli mütəxəssis Murtaza Kalender yerli və xarici təcrübəyə əsaslanaraq bu istimaqətdə öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, ATAA təlimlərinin əsas məqsədi turizm sektoru nümayəndələrinin maarifləndirilməsi, nümunəvi xidmətin formalaşdırılması, xidmət mədəniyyəti anlayışının təbliği, turizm məhsullarının və servis xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də peşəkar kadrların hazırlanması və ixtisaslaşdırılmasıdır.

ATAA tərəfindən təşkil olunan silsilə təlimlər hər ay keçirilməklə müxtəlif mövzular üzrə təşkil olunacaq.