XƏBƏRLƏR

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) yeni üzvlər qəbul edib

11.02.2021

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) yeni üzvlər qəbul edib

Fevralın 11-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası quruma üzv olmaq istəyən namizədlərin üzvlük müraciətlərinə baxıb.

İdarə Heyəti tərəfindən təşkil olunan iclasda yeni namizədlərin iş fəaliyyəti, onların Azərbaycan turizm bazarında nüfuzu, şirkətlərin müştəri məmnunluğunun səviyyəsi müzakirə edilib və rəylər dinlənilib.

Müzakirələr zamanı qurumun əsas götürdüyü keyfiyyət meyarlarına cavab verən 13 turizm şirkəti quruma üzv qəbul edilib. Bununlada assosiasiyaya üzv olan turizm şirkətlərinin sayı 90 olub.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlkləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev pandemiya dövründə turizm şirkətlərinin böyük maliyyə çətinlikləri ilə üzləşdiyini, şirkətlərin bu böhrandan çıxmaq üçün digər turizm sənaye nümayəndələr ilə qarşılıqlı əməkdaşlıq etməyə maraqlı olduqlarını diqqətə çatdırıb.

Rüfət Hacıyev sərhədlərin bağlı olması səbəbəindən agentliklərin daxili turizmə xüsusi diqqət ayırdığını vurğuluyaraq turizm subyektlərini agentliklərlə daha sıx əməkdaşlıq etməyə çağırıb.

Post pandemiya dövründə turizm bazarında aktivliyi artırmaq üçün turizm agentlikləri ilə hotellər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyənə toxunan qurumun Ekspertlər Şurasının sədri Göydəniz Qəhramanov bu istiqamətdə işçi qrupunun yaradıldığını və yaxın günlərdə fəaliyyətə başlayacağını bildirib.

Görüş çərçivəsində Ekspertlər Şurasının fəaliyyət istiqamətinin və say tərkibinin genişləndirilməsinə, eyni zamanda qurumun nəzdində Təlim Tədris Şöbəsinin və Beynəlxalq Şöbənin yaradılmasına qərar verilib.