XƏBƏRLƏR

Fevralın 10-da Azərbaycan -Türkiyə turizm işçi qrupunun 1-ci iclası keçirilib

10.02.2021

Fevralın 10-da Azərbaycan -Türkiyə turizm işçi qrupunun 1-ci iclası keçirilib

Tədbirdə  Dövlət Turizm Agentliyinin sədri, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini, eləcə də, Azərbaycan Turizm Bürosunun, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Azərbaycan Hotel Assosiasiyasının rəhbər şəxsləri iştirak edib.

Görüş çərçivəsində turizmin çoğrafiyasının genişləndirilməsi baxımından türkdilli dövlətlər birliyinin yarıdılması təklifi ilə  çıxış edən ATAA - nın İdarə Heyətinin sədri Rüfət Hacıyev bu yanaşmanın tədbiqinin  türkdilli ölkələrdə turizmin inkişafına təkan verəcəyini bildirib.

Rüfət Hacıyev bu istiqamətdə layihələrin hazırlanması üçün ATAA olaraq yaxından iştirak etməyə hazır olduqlarını diqqətə çatdırb.