XƏBƏRLƏR

ATAA ilə AHA arasında əməkdaşlığın genişləndirilməsinə dair işçi qrupu yaradılıb 

09.02.2021

ATAA ilə AHA arasında əməkdaşlığın genişləndirilməsinə dair işçi qrupu yaradılıb 

Fevralın 9-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyası(ATAA) ilə Azərbaycan Hotel Assosiasiyası (AHA) arasında  post-pandemiya dövründə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə və ölkə turizminin bərpasına dair görüş keçirilib.

Onlayn müzakirələrdə  daxili turizmin inkişafı strategiyaları, böhran vəziyyətindən  çıxmaq üçün birgə fəaliyyətin təşkili, turizm şirkətlərinə hotellər tərəfindən  təklif oluna qiymət siyasəti, müştəri məmnunluğunun təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda agentliklərin  marketing siyasətinin genişləndirilməsi,region hotelləri ilə əməkdaşlığın daha sıx qurulması, eləcə də agentliklər və hotellər arasında yaşanan bəzi narazılıqların  həll edilməsi  üçün təkliflər üzərində  müzakirələr edilib.

Görüş çərçivəsində turizm sənayesi nümayəndləri  arasında yaşanan  bir sıra problemlərin qarşılıqlı həlli üçün işçi qrupunun yaradılmasına,regional turizm  məkanlarının və turizm marşurutlarının  tanıdılması məqsədi ilə  info turların təşkilinə dair razılıq əldə olunub.

Qeyd edək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Hotellər Assosiasiyası arasında uzunmüddətli əməkdaşlığın təmin olunması üçün ötən ilin sentyabr ayında anlaşma memorandumu imzalanıb.