XƏBƏRLƏR

ATAA 2020 ci ldə gördüyü işlərin Illik hesabatını təqdim edib

15.01.2021

ATAA 2020 ci ldə gördüyü işlərin Illik hesabatını təqdim edib

Yanvarın 15-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2020-ci ilin yekunlarına dair illik hesabatının təqdimatı keçirilib.

Görüşdə  Dövlət Turizm Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrləri, Azərbaycan Turizm Bürosunun  Baş icraçı direktoru və digər dövlət qurumlarının və özəl təşkilatların rəhbər şəxsləri iştirak edib.

Tədbirdə çıxış edən ATAA-nin İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda COVİD-19 karonavirus pandemiyası səbəbindən ölkə turizminin böhran vəziyyətində olduğunu, turizm sənayesində xüsusi çəkisi olan agentliklərinin bu səbəbdən maliyə və digər problemlərlə üzləşdiyini bildirib.

2020-ci ildə böhrandan çıxış üçün sahibkarlıq subyektlərinə dəstək olaraq dövlət tərəfindən hazırlanan maliyə paketindən turizimçilərin də faydalandığını deyən Rüfət Hacıyev turizmin bərpası üçün dövlət dəstəyinin davamlı olmasının vacibliyini diqqətə çatdırıb.

Artıq turizm sahəsində yeni çağırışların, tələb və şərtlərin yarandığını deyən agentlik sədri post-pandemiya dövründə adiyatı dövlət qurumlarının və təşkilatların turizimçilərlə qarşılıqlı fəaliyyət göstərərək daha sıx əməkdaşlıq qurmaqda maraqlı olacaqlarına ümüd etdiyini bildirib.

Görüşdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şuarsının sədri Göydəniz Qəhrəmanov  2020-ci il ildə ATAA-nin gördüyü işlər və qurumun həyata keçirdiyi layihələr haqda tədbir iştiraçılarına geniş məlumat verib.

2020-ci ildə ATAA-nın öz fəaliyyətini ölkədəki mövcud vəziyyətə uyğun olaraq qurduğunu deyən  Göydəniz  Qəhramanov bu ildə də turizm agentiklərini çətin vəziyyətdən çıxarmaq üçün dövlət qurumları ilə sıx əlaqədə olacaqlarını, mütamadi olaraq görüşlər keçirəcəklərini, təkliflər hazırlayaraq adiyatı dövlət qurumlarına göndərəcəklərini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvi Cəmilə Əliyeva ATAA-nın fəaliyyətində sosial-ictimai məsələlərə hər zaman xüsusi yer ayrıldığını deyib. O tədbir iştirakçılarına  44 günlük Vətən Müharibəsi zamanı “QARABAG , AZƏRBAYCANDIR”! hərəkatı altında ATAA və digər turizm sənayesi nümayəndələri ilə birgə arxa cəbhə olaraq ordumuza göstərilən dəstək və müxtəlif yardımlar haqqında məlumat verib. Cəmilə Əliyevə müharibənin bitməsindən sonra da yaradılan könüllüllər tərəfindən şəhid və qazi ailələrinə qida yardımlarının və sovqatların çatıdırlmasının davam etdirildiyini bildirib.

Çıxışlardan sonra tədbirin sual-cavab bölməsində dövlət qurumlarının və özəl təşkilatların rəhbər şəxsləri turizimçiləri maraqlandırıan sualları cavablandırıb.

Tədbirin video formatı ilə aşağıda qeyd olunan linkə daxil olmaqla  tanış ola bilərsiz.

https://bit.ly/3nSm2nc

 

 

 

 

 

.