XƏBƏRLƏR

ATAA Prezidenti təbrik edir

24.12.2020
Möhtərəm cənab Prezident,
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımızı çatdırır, Sizə uzun ömür və cansağlığı arzulayırıq.
Biz, turizm sənayesinin nümayəndələri Sizin ölkə başçısı kimi bu sahəyə göstərdiyiniz diqqət və qayğını daim hiss etmişik.
İnanırq ki, pandemiya ilə əlaqədar ölkə turizminin üzləşdiyi çətinliklərə baxmayaraq, Sizin dəstəyiniz və biz turizmçilərin fəaliyyəti sayəsində yenidən Azərbaycan turizmini dirçəldə və inkişaf etdirəcəyik.
Sizin uzaq görən siyasətiniz, güclü iradəniz və liderliyiniz sayəsində 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Azərbaycanın dilbər guşəsi Qarabağın da azad olunması biz turizm sənayesi nümayəndələri üçün yeni perspektivlər yaradacaq. Bu, regionun əcnəbi qonaqlara tanıdılması və turistlərin bölgəyə cəlb edilməsi üçün yeni imkanlar açacaq.
Ulu Tanrı Sizi və xalqımızı qorusun!