XƏBƏRLƏR

ATAA Prezidentə məktub ünvanladı

23.10.2020

Azərbaycanın turizm assosiasiyaları Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoyulması üçün apardığı mübarizəyə dəstək olaraq məktub ünvanlayıb.

 Möhtərəm cənab Prezident.

Bu gün Vətənimiz Azərbaycan əzəli torpaqlarımız olan Qarabağın Ermənistan silahlı qüvvələrinin 30 illik işğalından azad edilməsi üçün savaşır. Bu gün Siz Azərbaycan xalqının Lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi bütün çətinliklər qarşısında mətin dayanaraq Azərbaycanın haqq işini davam etdirir, torpaqlarımızın ən qısa zamanda işğaldan azad edilməsi üçün bütün gücünüzü göstərirsiniz.

Sizin mütəmadi olaraq torpaqlarımızın azad edilməsi, Ordumuzun uğurları barədə xəbərləri xalqımıza çatdırmağınız bizi bu xalqın bir övladı kimi çox sevindirir. Bütün bunlara Sizin ölkə rəhbəri kimi apardığınız uzaqgörən və uğurlu siyasətin nəticəsində nail oluruq. Biz də Azərbaycanın turizm sənayesinin nümayəndələri olaraq, bu haqq işində həmrəylik göstərərək xarici tərəfdaşlarımızı Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, torpaqlarımızın zəbt edilməsi ilə bağlı məlumatlandırırıq.

Bütün xalqımızla birlikdə bir Lider kimi yürütdüyünüz siyasəti dəstəkləyir, Sizin və güclü Azərbaycan Ordusunun yanında olduğumuzu bildiririk. Əminik ki, Sizin rəhbərliyiniz altında işğal altında olan bütün torpaqlarımıza tezliklə qovuşacağıq. Biz də, turizm sənayesi nümayəndələri olaraq torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəmizə səfər edən qonaqlara yeni bir turizm istaqaməti - Qarabağ destinasiyasını inkişaf etdirib təqdim edəcəyik.

Biz Sizə və şanlı ordumuza güvənirik. Qalib gələcəyimizə inanırıq. Əminik ki, tezliklə üçrəngli bayrağımız ölkəmizin işğaldan azad edilən hər bir dilbər guşəsində dalğalanacaqdır.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rüfət Hacıyev - Azərbaycan Turizm Agentlikləri Assosiasiyasi

Əhməd Qurbanov - Azərbaycan Turizm Assosiasiyası

Günay Sağlam - Azərbaycan Hotel Assosiasiyası

Tural Musayev - Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası

Samir Dübəndi - Otellər və Restoranlar Assosiasiyası

Ruslan Quliyev - Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası

Orxan Muxtarov - Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyası

İsrafil Aşurlı - Azərbaycan EKO Turizm Assosiasiyası

Aygün Şükürova - Azərbaycan Tibbi Turizm Assosiasiyası

Ceyhun Aşurov - SKAL İnternational Baku

 

Məktubla aşağıda qeyd edilən linkə keçid etməklə də tanış ola bilərsiz.

https://president.az/articles/44113