XƏBƏRLƏR

Turizm agentliklərinin nəzərinə!

09.09.2020
 
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq məlumat vermək istərdik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən karantin şərtlərinin yumuşaldılması, bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də royonlara giriş-çıxışa tədbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstərməyən turizm şirkətləri yenidən öz işini bərpa edə bilərlər.
Belə ki artıq turizm şirkətlərinə Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə riayət etməklə ofis şəraitində işləməklərinə icazə verilir.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq turizmin bu çətin dönəmində fəaliyyətini davam etdirən bütün turizm şirkətlərinə işlərində uğurlar diləyirik. İnanırıq ki qısa zamanda hökumətin və turizmlə birbaşa əlaqəsi olan dövlət qurumlarının dəstəyi və yardımı ilə bu böhran vəziyyətindən də çıxa biləcəyik.
Bir daha turizm şirkətlərinə müraciət edərək, metodiki göstərişlərin tələblərinə əməl etməyə, vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm verməyə çağırırıq.
Metodiki göstərişlərlə aşağıdakı sənədlərə daxil olmaqla tanış ola bilərsiz.