XƏBƏRLƏR

Azərbaycan Turizm Bürosu turizm şirkətləri üçün yeni layihəyə start verir

08.09.2020

Azərbaycan Turizm Bürosu (ATB) ölkədə gəlmə turizmi ilə məşğul olan şirkətlərə post-pandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, eləcə də bu sahədə innovativ, rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə yeni layihəyə start verir. Layihə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə keçirilir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq koronavirus pandemiyası (COVİD-19) nəticəsində böyük çətinliklərlə üzləşən turizm şirkətlərinə öz fəaliyyətlərinin bərpa edilməsində dəstək göstərən Azərbayacn Turizm Bürosuna, başda büronun Baş icraçı direktoru Florian Zenqstşmidə təşəkkürümüzü bildiririk.

Yaradılan bu fürsətdən istifadə edərək Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq quruma üzv olan, gəlmə turizmi ilə məşğul olan şirkətlərə bu imkandan yararlanmağa çağırırıq.

Layihə haqqında ətraflı məlumatı aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiz.

https://tourismboard.az/az/page/522-reqemsallasdirilma-layihesi