XƏBƏRLƏR

ATAA Birinci vitse-prezident Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib

26.08.2020

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ATAA üzvləri adından səmimi qəlbdən təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Biz, turizm sənayesinin nümayəndələri hər zaman başda ölkə başçısı Cənab Prezident İlham Əliyev olmaqla, Mehriban xanım Əliyevanın da daim diqqət və qayğısını hiss etmişik. Mehriban xanımın Azərbaycan mədəniyyətinin, maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasındakı rolunu daim yüksək qiymətləndirmişik.

İnanırıq ki, turizm sahəsinə göstərilən bu diqqət və qayğı nəticəsində öz çətin günlərini yaşayan turizm sənayesi qısa zamanda yenidən inkişaf edəcək. Azərbaycan dünyada sabitliyi, qonaqpərvərliyi, sülhsevərliyi ilə turistlərin səyahət üçün sevimli diyarına çevriləcək.