• USD 1.7
  • -0 °C
|

Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr

Hazırda
ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

 

I QRUP. 

– Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.

Qeyd: Bir sıra ölkələr tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində müvafiq pasportlar üzrə mövcud olan vizasız gediş-gəliş rejiminin müvəqqəti dayandırılma və ya məhdudlaşdırılma halları mövcuddur. Bu xüsusda, müvafiq pasporta sahib Azərbaycan Respublikası vətəndaşlarına xarici ölkələrə səfər etmədən öncə həmin ölkə tərəfindən tətbiq olunan giriş-çıxış və viza qaydalarının dəqiqləşdirilməsini tövsiyə edirik.

Siyahı

II QRUP. 

– Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;

– həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;

– Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;

– pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə – “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.

Ölkənin adı İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət
1 Belarus 90 gün
2 Gürcüstan 90 gün
3 Qazaxıstan 90 gün
4 Qırğızıstan 90 gün
5 Moldova 90 gün
6 Özbəkistan 90 gün
7 Rusiya 90 gün
8 Tacikistan 90 gün
9 Ukrayna 90 gün
10 Türkiyə 90 gün
11 Qətər 30 gün

Qeyd: Təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir.

12 Birləşmiş Ərəb Əmirlikləri 90 gün
13 Serbiya 90 gün
14 Albaniya 90 gün
15 Mərakeş 90 gün

Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar.

 

III QRUP

 

Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

Ölkənin adı Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət
1. İran 15 gün
2. Monteneqro 90 gün
3. Bosniya və Herseqovina 90 gün
4. Honq-Konq

(Çinin Xüsusi inzibati ərazisi –

yalnız diplomatik və xidməti pasport)

14 gün
5. Malayziya

(ümumvətəndaş, diplomatik, xidməti pasport)

30 gün
6. Livan

(ümumvətəndaş, diplomatik, xidməti)

30

180

90

IV QRUP

Azərbaycan Respublikası tərəfindən aşağıda qeyd olunan ölkələrin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

Ölkənin adı Azərbaycan Respublikasının ərazisinə vizasız gediş-gəliş və qalmaq üçün icazə verilən müddət
1. Çin Xalq Respublikası 2024-cü ilin 20 iyul tarixindən 2025-ci ilin 20 iyul tarixinədək
3 dəfə və hər girişdə 30 günədək