ATAA turizm işçilərinin peşə bayramını təbrik edir!

Hörmətli turizm sektorunun nümayəndələri, əziz həmkarlar!

Sizin hər birinizi  27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası adından təbrik edirik. Artıq 4 ildir ki, bu gün Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu il Ümumdünya Turizm Günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” şüarı altında keçirilir.

Assosiasiyamız turizm agentliklərinin ölkə turizminin inkişafında xususi  rolunu nəzərə alıb, bundan sonra da bu subyektlərin ölkənin ümümi turizm maraqlarından çıxış edərək    Azərbaycanın turizm ölkəsi kimi dünyada  tanıdılmasına, yerli və xarici turistlərə keyfiyyətli və standartlara cavab verən xidmətilərin göstərilməsinə, eyni zamanda ölkəyə turist axınının artırılmasına  dəstək göstərəcəyinə  ümid edir.

Bir daha sizləri Ümumdünya Turizm Günü və peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.