Turizm Agentliklərinin fəaliyyətinin sağlamlaşdırılması üçün yeni təkliflər hazırlanır

Photo

 

Azərbyacan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurası turizm agentliklərinin fəaliyyətini sağlamlaşdırmaq üçün yeni təkliflər hazırlayır.

Bu məqsədlə keçirilən iclasda turizm agentliklərinin və korporativ müştərilərin maliyyə öhdəliklərini yerinə yetirməməsi zamanı yaranan  problemlər və onların  həlli yolları müzakirə edilib.

Həmçinin əcnəbi turistlərin daşınmasını həyata keçirən nəqliyyat şirkətlərinə qarşı nəzarət mexanizminin hazırlanması, hotellərdə qeydiyyat və ödənişlər zamanı xarici faktorların aradan qaldırılması üçün təkliflər dinlənilib.

İclasda, eyni zamanda  şirkətlərin yalnız qeydiyyatdan keçən  bələdçilərin xidmətlərindən istifadə etməsi istiqamətində maarifləndirmə işlərinin aparılması da müzakirə olunub.