THY bilet satışlarını bərpa edib

Türk Hava Yolları şirkəti 23 iyul tarixindən Bakı-İstanbul-Bakı reyslərinin sərbəst şəkildə satışının həyata keçirilməsinə icazə verib. Artıq turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyta keçirmə imkanı əldə edib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası koronavirus pandemiyası (Civid-19) dövründə turizm şirkətlərinin  bir müddət öncə bilet satışlarında üzləşdiyi çətin vəziyyətdən çıxmasına dəstəy olaraq atılan bu addımı yüksək qiymətləndirir vəTürk Hava Yolları şirkətinə  öz  dərin təşəkkürünü bildirir.