• USD 1.7
  • 7 °C
|

Səudiyyə Ərəbistanı və BƏƏ-nin turizm nümayəndələri ilə ATAA üzvləri arasında B2B görüş keçirilib

8 Dekabr 2025
img

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin turizm nümayəndələri üçün Azərbaycana təşkil olunan tanışlıq səfəri çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün B2B görüş keçirilib.

Görüşdə mövcud və yeni tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin inkişafı, iş birliyinin genişləndirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə turpaketlərin hazırlanması, həmçinin yeni turizm marşrutlarının yaradılması, birgə təbliğat və təşviqat kampaniyalarının aparılması müzakirə olunub,təkliflər ətrafında fikir mübadiləsi aparılıb.