НОВОСТИ

Azərbaycan və Ukraynanın turizm təşkilatları yeni turizm imkanlarını müzakirə ediblər

Azərbaycan və Ukraynanın turizm təşkilatları  turizm imkanlarını müzakirə ediblər

 

İyunun 8-də Ukrayna və Azərbaycan arasında turizm əlaqələrinin genişləndirilməsi və məlumat mübadiləsinin aparılması məqsədi ilə Bakıda “Kiyev günləri” adlı tədbir keçirilib.

İki ölkənin bir sıra turizm təşkilatlarının və assosiasiyalarının iştirakı ilə keçirilən tədbirdə qastronomik, sağlamlıq, işgüzar turizmin təşviqi, eləcə də hotel və tur rəhbərlərinin fəaliyyətini özündə əks etdirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Ukraynanın turizm potensialı haqqında ətraflı məlumat verilib və turizm bölgələrinin təqdimatı keçirilib.

Tədbirdə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib, Ukraynadan olan turizm sektorunun nümayəndələrinə Azərbaycanın turizm imkanları və destinasiyalar haqqında geniş məlumat verilib, həmçinin qarşılıqlı turist sfərlərinin artırılması istiqamətində təkliflər səsləndirilib.

Görüş çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Ukrayna Gəlmə Turoperatorları Assosiasiyası (AITOU) və Ukrayna İşgüzar Turizmi Assosiasiyası (BTAU) arasında əməkdaşlığıa dair sənədlər imzalanıb.