Ramazan Bayramınız Mübarək

Hörmətli həmkarlar və əziz xalqımız,

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası adından sizləri müsəlman dünyasının əziz günü – mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, tutduğunuz orucların, etdiyiniz duaların allah dərgahında qəbul olunmasını arzu edirəm. Ulu Tanrıdan xalqımıza mərhəmət, sağlamlıq və səbr diləyirəm .

İnanıram ki gücümüzü birləşdirərək ən qısa zamanda Azərbaycanımızın üzləşdiyi bütün çətinliklərin öhdəsindən gələ biləcəyik. Yenidən ölkəmizin çiçəklənməsinə nail olacaq, vətənimizi əcnəbilərin üz tutacaqları ən səvimli diyara çevirə biləcəyik.

Hörmətlə
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri
Rüfət Hacıyev