• USD 1.7
  • 4 °C
|

Peşəkar Turizmçilər Komitəsinin 2025-ci ilin yekunlarına dair toplantısı keçirilib

31 Yanvar 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Peşəkar Turizmçilər Komitəsinin 2025-ci ilin yekunlarına dair toplantısı keçirilib.

İclasda 2025-ci ildə ATAA tərəfindən ölkə turizminin inkişafı baxımından görülən işlər və sektorun dayanıqlı inkişafına töhfə verən tədbirər, üzvlərin fəaliyyətinin dəstəklənməsi və maraqlarının qorunması, o cümlədən üzləri maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Toplantıda həmçinin turizm sahəsində fərqlənən peşəkarların təltif olunması və mükafatlandırılması məsələsi müzakirə edilib. Bu məqsədlə müvafiq meyarların müəyyənləşdirilməsi, eləcə də peşəkar fəaliyyətin stimullaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.

Eyni zamanda Assosiasiyaya üzvlük şərtlərinin təkmilləşdirilməsi, üzvlərin kəmiyyət və keyfiyyət göstəricilərinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Toplantı zamanı ölkəyə turist axınının artırılması, yeni bazarların cəlb edilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə bir sıra təşəbbüs və təkliflər səsləndirilib.

Komitə üzvləri tərəfindən səsləndirilən təklif və rəylərin gələcəkdə ATAA-nın fəaliyyət strategiyasında nəzərə alınması tövsiyyə olunub.