• USD 1.7
  • 7 °C
|

Pakistanın aparıcı turizm sənayesi nümayəndələrinin  ATAA üzvləri  ilə B2B görüş təşkil olunub

8 Dekabr 2025
img

Azərbaycan Turizm Bürosunun Pakistanın aparıcı turizm sənayesi nümayəndələri üçün təşkil etdiyi tanışlıq səfəri çərçivəsində (FAM Trip) Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri ilə B2B görüş təşkil olunub.

Görüşün əsas məqsədi Azərbaycan və Pakistanın turizm sənayesi arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, turizm şirkətləri arasında birbaşa əlaqələrin qurulması və iki ölkə arasında turist mübadiləsinin artırılmasıdır.

Tədbirdə ATAA üzvləri ilə Pakistanın turizm sənayesi nümayəndələri arasında iş birliyinin genişləndirilməsi, sıx əməkdaşlıq mexanizmlərinin qurulması və turizm məhsullarının qarşılıqlı tanıdılması, iki ölkənin turistləri üçün mövcud və potensial turizm marşrutları üzrə turpaketlərin hazırlanması, həmçinin birgə təbliğat kampaniyalarının keçirilməsi və infoturların təşkili müzakirə olunub, müxtəlif təkliflər üzərində fikir mübadiləsi aparılıb.