• USD 1.7
  • 7 °C
|

Turoperatorların İşçi Qrupunun toplantısı keçirilib

16 Yanvar 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nəzdində fəaliyyət göstərən Turoperatorların İşçi Qrupunun növbəti toplantısı keçirilib. Görüşdə turizm sektorunda mövcud vəziyyət, qarşıda duran prioritet məsələlər və 2026-cı il üçün nəzərdə tutulan iş planı ətrafında müzakirələr aparılıb.

Toplantı çərçivəsində yeni ölkələr və istiqamətlər üzrə turizm bazarlarının inkişaf etdirilməsi, mövcud və potensialı yüksək olan turizm məhsullarının genişləndirilməsi, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yeni bazarlara çıxışın əldə olunması və rəqabətqabiliyyətli turizm paketlərinin formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin turizm məhsullarının sığortalanması, turistlərin təhlükəsizliyinin və hüquqlarının qorunması baxımından sığorta mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı toplantıda turoperator–turagent münasibətlərinin tənzimlənməsi, tərəflər arasında əməkdaşlığın şəffaflıq prinsiplərinə əsaslanaraq qurulması, turizm sektorunda sağlam iş mühitinin formalaşdırılması məsələləri müzakirə edilib.

Bundan əlavə görüşdə 2026-cı ildə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb, turoperatorların potensialının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara cavab verən fəaliyyətin təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Toplantının sonunda səsləndirilən təkliflərin sistemləşdirilməsi və müvafiq istiqamətlər üzrə konkret addımların atılması məqsədilə İşçi Qrupu tərəfindən müvafiq tövsiyələrin hazırlanması və İdarə Heyətinə təqdim olunması qərara alınıb.