• USD 1.7
  • 13 °C
|

ATAA üzvləri üçün Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib

8 Dekabr 2025
img

6-7 dekabr tarixlərində Qarabağın turizm potensialını, eləcə də mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə 40 yerli turizm şirkətinin nümayəndələri üçün Xankəndi və Şuşa şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.

Səfər Azərbaycan Turizm Bürosu (ATB), Xankəndi Hoteller Kompleksi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Dəmir Yolları (ADY) və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə həyata keçirilib.

İştirakçılar Qarabağ regionuna ADY-nin yeni açılmış Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin qatarı ilə yola düşüblər.

Səfər çərçivəsində ATAA nümayəndələri Xankəndi və Şuşada yerləşən mövcud hotellərlə, şəhərlərin təbii və mədəni irsi, həmçinin bərpa-quruculuq prosesləri və regionun formalaşmaqda olan yeni turizm infrastrukturu ilə tanış olublar.