• USD 1.7
  • 32 °C
|

ATAA-nın komitə və komissiyalarının fəaliyyət planına uyğun olaraq hesabatları dinlənilib

12 Avqust 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının komitə və komissiyalarının fəaliyyət planına uyğun olaraq hesabatları dinlənilib.

ATAA-nın İdarə Heyəti sədrinin və İdarə Heyəti üzvlərinin iştirakı ilə baş tutan iclasda Gəlmə, Getmə, Nəzarət -Təftiş və Daxili Turizm Komitələrinin, eləcə də Turoperatorların işçi qrupunun, İntizam Komissiyasının və Təşəbbüs qrupunun dinləmələri keçirilib.

İclasda ilk olaraq İdarə Heyətinə Getmə Turizm Komitəsi tərəfindən fəaliyyət planına əsasən turoperatorlarla, viza mərkəzləri ilə, aviaşirkətlərlə, eləcə də gənc peşəkarların formalaşdırılması məqsədilə təhsil müəssələrində nəzərdə tutulan görüşlərlə bağlı məlumat verilib. Bununla yanaşı ATAA-nın digər komitə və komissiyalarının üzvlərini maraqlandıran məsələlərə dair görüşlərin təşkil olunacağı diqqətə çatdırılıb.

Gəlmə Turizm Komitəsinin hesabatı zamanı dünyada və regionda baş verən geosiyasi proseslərin ölkənin turizm sektoruna təsiri ilə bağlı məsələlər nəzərdən keçirilib. Turizm şirkətlərinin beynəlxalq sərgilərdə iştirak imkanlarının genişləndirilməsi və bu məqsədlə müəyyən güzəştlərin tətbiqi, qoruq və muzeylərlə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub, o cümlədən turistlərin nəqliyyat vasitələrinə mindirilib-düşürülməsi ilə bağlı aidiyyəti qurumlara edilən müraciətin müsbət nəticələndiyi diqqətə çatdırılıb. Həmçinin gəlmə turizmdə hotel sənayesi, sanatoriyalar və hava yolları ilə iş birliyinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı yeni bazar olaraq Slovakiya ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İclasda həmçinin turoperatorların işçi qrupu tərəfindən turizm şirkətlərinin maarifləndirilməsi üçün görüşlərin keçirilməsi və xüsusi təlimatlandırıcı videoların hazırlanması, turoperatorlarla turizm şirkətləri arasında sağlam rəqabət mühitinin qorunub saxlanılması, ödənişlərdə yaşanan çətinliklər və onların həll üçün müəyyən mexanizimlərin işlənib hazırlanması və tədbiq olunması, DMC-lərin fəaliyyətinin tənzimlənməsi məsələləri diqqətə çatdırılıb.

Toplantıda Nəzarət – Təftiş Komitəsi turistlərin də maarifləndirilməsinin vacibliyinə toxunaraq tv və xəbər saytlarında müxtəlif maarifləndirici müraciətlərin nümayiş etdirilməsinin, təşviqat kampaniyalarının keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə aktivliyin artırırılmasını təklif edib.

Görüşdə həmçinin Daxili Turizm Komitəsi tərəfindən regionların turizm imkanlarının genişləndirilməsi, bölgələrdə fəaliyyət göstərən turizm sənayesi nümayəndələri ilə iş birliyinin gücləndirilməsi və xidmət sektorunun standartları ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa iclasda İntizam Komissiyasının və Təşəbbüs qrupunun fikir və təklifləri müzakirə edilib, təşkil olunacaq tədbirlər nəzərdən keçirilib.