• USD 1.7
  • 29 °C
|

ATAA üzvləri üçün "Alermo Hotel"ə tanışlıq səfəri təşkil edilib

22 İyul 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Alermo Hotelin birgə təşəbbüsü ilə  gəlmə turizmi istiqamətində fəaliyyət göstərən 15-ə yaxın üzv şirkətin nümayəndələri üçün yeni fəaliyyətə başlayan Alermo Hotelə tanışlıq səfəri və işgüzar səhər yeməyi təşkil olunub.

Görüş çərçivəsində ATAA üzvlərinə hotelin təqdim etdiyi xidmətlər, müxtəlif kateqoriyalı otaq fondu, konfrans və tədbir zalları, eləcə də gələcək inkişaf planları haqqında məlumat təqdim olunub.

Həmçinin Alermo Hotel və Assosiasiya nümayəndələri  arasında tərəfdaşlıq əlaqələrinin qurulması, yerli və xarici turistlər üçün hazırlanan turpaketlərdə hotelin imkanlarından istifadə, korporativ və qrup rezervasiyaları, eləcə də MICE və digər turizm seqmentləri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.