• USD 1.7
  • 20 °C
|

ATAA Tacikistanın turizm assosiasiyası ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

25 May 2026
img

Azərbaycan və Tacikistanın turizm assosiasiyaları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı turist cəlbediciliyinin artırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiysının İdarə Heyətinin sədri Göydəniz Qahrəmanovla Tacikistan Respublikasının Turizmin Inkişafı Assosiasiyasının rəhbəri Dövlət Həbibov arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüş zamanı ATAA sədri ilk olaraq Assosiasiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Daha sonra çıxışı zamanı Azərbaycan və Tacikistanın ortaq tarixi-mədəni dəyərlərə malik dost ölkələr olduğunu qeyd edən Göydəniz Qəhrəmanov turizm sahəsində mövcud və gələcək əməkdaşlıq mexanizmlərinin qarşılıqlı turist axınının artmasına töhfə verəcəyini bildirib.

Tacikistan Respublikasının Turizmin Inkişafı Assosiasiyasının rəhbəri Dövlət Həbibov öz növbəsində Tacikistanın Azərbaycanla turizm sahəsində iş birliyinin genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Dövlət Həbibov hər iki ölkənin turizm potensialının ortaq layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaratdığını, turizm assosiasiyaları arasında bundan sonra da əlaqələrin gücləndirilməsinin, Assosiasiya üzvülərinin qarşılıqlı səfərlərinin təşkilinin və yeni turizm məhsullarının hazırlanması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Müzakirələr çərçivəsində tərəflər Azərbaycan və Tacikistan arasında olan dostluq və tərəfdaşlıq münasibətlərinin turizm sektorunda da imkanlar açdığını vurğulayıblar. Tərəflər hər iki ölkənin zəngin təbii resurslara, dağ turizmi potensialına, qədim mədəni irsə və milli qonaqpərvərlik ənənələrinə sahib olduğunu, bunun da qarşılıqlı turist marağının artırılması baxımından böyük perspektivlər yaratdığını qeyd ediblər.

Görüşdə Bakı–Düşənbə istiqamətində aviareyslərin sayının artırılması imkanları, turizm şirkətləri arasında birbaşa əməkdaşlıq platformalarının qurulması, qarşılıqlı infoturların və B2B görüşlərin keçirilməsi, tanışılıq məqsədli infoturların təşkili , həmçinin təcrübə mübadiləsinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, turizm sahələrində birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.