• USD 1.7
  • 31 °C
|

ATAA-nın İdarə Heyətinin növbəti toplantısı keçirilib

13 Avqust 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin növbəti toplantısı təşkil olunub.

ATAA-nın İdarə Heyəti sədrinin iştirakı ilə keçirilən görüşdə Assosiasiyanın son üç ay ərzindəki fəaliyyəti, həyata keçirilən işlərin nəticələri, üzv şirkətlərin üzləşdikləri əsas çətinliklər və qarşıdakı dövr üçün nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri, o cümlədən 2026–2027-ci illər ərzində keçirilməsi planlaşdırılan tədbirlər və layihələr müzakirə olunub.

Bununla yanaşı Assosiasiya ilə turizm sektorunun müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi, ATAA üzvlərinin peşəkar inkişafına dəstək verilməsi və üzvlər üçün yeni imkanların yaradılması, eləcə də yerli və beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Toplantıda Assosiasiyaya üzv olmaq üçün müraciət edən yeni şirkətlərin üzvlüyə qəbul olunması məsələsinə də baxılıb. İdarə Heyəti tərəfindən 16 şirkətdən 14-nün müraciətinə müsbət qərar verilib. Həmçinin Assosiasiyanın üzvlük tələblərinə və müəyyən edilmiş qaydalara uyğun olaraq 4 şirkətin ATAA-dakı üzvlüyünə xitam verilib.

Toplantının sonunda müzakirə olunan məsələlər və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlərlə bağlı fikirlər dinlənilib, təkliflər nəzərdən keçirilib.