• USD 1.7
  • 4 °C
|

ATAA-nın Nəzarət-Təftiş Komissiyasının növbəti iclası keçirilib

17 Yanvar 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Nəzarət-Təftiş Komissiyasının növbəti iclası baş tutub.

İclasda ATAA-nın 2025-ci ilə dair maliyyə yekunları müzakirə olunub.

Komissiya üzvləri Assosiasiyanın üzvlük haqları hesabına formalaşan maddi bazasını nəzərdən keçiriblər.

İclas zamanı komissiya üzvləri ATAA-nın imkanlarının genişləndirilməsi istigamatində müvafiq təkliflər səsləndiriblər. Həmçinin görüş çərçivəsində komissiya üzvləri tərəfindən müvafiq təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Toplantıda 2026-ci ildə həyata keçiriləcək iş planı üzrə də müzakirələr aparılıb.