• USD 1.7
  • 7 °C
|

ATAA-nın Getmə Turizm Komitəsinin ilin yekunlarına dair iclası keçirilib

20 Dekabr 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nəzdində fəaliyyət göstərən Getmə Turizm Komitəsinin 2025-ci ilin yekunlarına dair iclası keçirilib.

Görüşdə 2025-ci ilin yekun nəticələri və 2026-cı il üçün prioritet destinasiyalar müzakirə olunub, yeni il ərəfəsində ən çox satılan istiqamətlərin təhlili, əvvəlki illərlə müqayisədə satış dinamikasında müşahidə olunan azalma, eləcə də bazardakı dəyişiklikləri şərtləndirən amillər, qiymət siyasəti, aviabiletlərin əlçatanlığı ətrafında fikir mübadiləsi aparılıb.

İclasda həmçinin turoperatorlarla birgə görüşlərin təşkili, 2026-cı il üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi və rəqabətqabiliyyətli tur paketlərinin hazırlanması, alternativ və yeni bazarların araşdırılması məsələləri də müzakirə edilib.

Görüşdə Türkiyə istiqaməti üzrə erkən rezervasiya satışlarında müşahidə olunan azalma və səbəbləri də diqqət mərkəzində olub.

Bununla yanaşı, hava yolları ilə görüşlərin planlaşdırılması, yeni istiqamətlər üzrə blok yerlərin götürülməsi, uçuş şəbəkəsinin genişləndirilməsi və daha səmərəli təkliflərin əldə olunması imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Toplantıda iştirak edən ATAA-nın getmə turizm komitəsinin üzvüləri turoperatorlar, aviaşirkətlər, turizm agentlikləri və digət turizm sənayəsi iştirakçıların arasında kordinasiyalı fəaliyyətin yeni istigamətlərin açılmasına imkan verəcəyini qeyd ediblər.

Görüş çərçivəsində qaldırılan məsələlər və səsləndirilən təkliflər hazırlanaraq baxılması üçün İdarə Heyətinə göndərilib.