• USD 1.7
  • 17 °C
|

ATAA üzvləri "Tolerantlıq Evi' ni ziyarət edib

8 May 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və “Tolerantlıq Evi’ nin birgə təşkilatçılığı ilə bir sıra ATAA üzvləri üçün öz unikallığı ilə seçilən “Tolerantlıq Evi”nə infortur təşkil olunub.

Səfər çərçivəsində Assosiasiya nümayəndələri Mərkəzdə yerləşən yəhudi, xristian və islam dinlərinə aid 400-dən artıq eksponatla, Azərbaycanda fəaliyyət göstərən dini icma rəhbərlərinə təqdim edilmiş orden və medallarla, müxtəlif dini icmalar tərəfindən sərgilənmək üçün təqdim edilmiş eksponatlarla tanış olub, onlara “Tolerantlıq Evi”nin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Mərkəz tolerantlıq, mədəni müxtəliflik və insan hüquqları ilə bağlı maarifləndirmə işləri aparır, elmi araşdırmaları təşviq edir və dinlərarası dialoqu gücləndirən layihələr həyata keçirir.

“Tolerantlıq Evi”ni ziyarət etmək üçün biletləri kassadan əldə etmək mümkündür. Azərbaycan vətəndaşları üçün böyüklər 8 AZN, tələbələr 5 AZN, məktəblilər isə 3 AZN, ekskursiya bələdçisi xidməti isə bu kateqoriyadan olan böyüklər üçün 14 AZN, tələbələr üçün 6 AZN, məktəblilər üçün isə 4 AZN təşkil edir. Xarici vətəndaşlar üçün böyüklər 10 AZN, məktəblilər 8 AZN, ekskursiya bələdçisi xidməti üçü isə böyüklər 20 AZN, məktəblilər üçün 17 AZN təşkil edir. Həmçinin “Tolerantlıq Evi”ndə 3-6 nəfərlik ailələr üçün 10% endirim tətbiq olunur.