• USD 1.7
  • 10 °C
|

ASAN Viza" sistemi ilə bağlı turizm şirkətləri üçün görüş keçirilib

10 Aprel 2026
img

Aprelin 9-da Azərbaycan Turizm Bürosu və “ASAN Viza” (e-Viza) əməkdaşlarının iştirakı ilə turizm agentliklərinin nümayəndələri üçün məlumatlandırıcı görüş təşkil olunub.

Tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi turizm bazarı iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsi, viza proseslərinin daha da təkmilləşdirilməsi və Azərbaycanın turizm imkanlarının daha effektiv təşviqinə dəstək göstərmək olub.

Tədbir çərçivəsində “ASAN Viza” ilə bağlı ümumi təqdimat keçirilib, həmçinin bu ilin fevral ayının 15-dən etibarən bir sıra ölkələrin vətəndaşları və həmin ölkələrin yaşayış icazələrinə malik üçüncü ölkə vətəndaşları üçün viza rejimində tətbiq edilən dəyişikliklər barədə ətraflı məlumat təqdim edilib.

Görüş zamanı iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib və viza prosedurlarının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.