• USD 1.7
  • 21 °C
|

ATAA üzvləri Xızı və Şabran rayonunun turizm potensialı ilə tanış olublar

6 Oktyabr 2026
img

Azərbaycan Turizm Bürosu tərəfindən Xızı və Şabran rayonlarına yerli turizm sənayesi nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası üzvlərinin də iştirak etdiyi iki günlük səfərin məqsədi Xızı və Şabranın turizm potensialı, mədəni və tarixi irsi, təbii turizm resursları və mövcud turizm məhsulları barədə məlumat vermək, eləcə də bölgələrdə fəaliyyət göstərən turizm obyektləri ilə sənaye nümayəndələrini tanış etməkdir.

Proqram çərçivəsində iştirakçılar yerli turizm məkanlarına baş çəkib, bölgələrin qonaqpərvərlik ənənələri, turizm məhsulları və təklif olunan təcrübələrlə yerində tanış olublar.

Tanışlıq səfəri hər iki rayonun turizm imkanlarının yerli turizm sənayesi nümayəndələrinə daha yaxından tanıdılması və gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Qarşıdakı dövrdə yerli turizm sənayesi nümayəndələri üçün Azərbaycanın digər regionlarına da tanışlıq səfərlərinin təşkili nəzərdə tutulur.