• USD 1.7
  • 23 °C
|

ATAA üzvləri ilə Türkiyənin turizm şirkətləri arasında B2B görüş keçirilib

15 Oktyabr 2026
img

Türkiyənin Kars istiqaməti üzrə fəaliyyət göstərən şirkətləri ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri arasında B2B görüş keçirilib.

B2B görüş çərçivəsində işgüzar əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və turizm mübadiləsinin inkişaf etdirilməsi, o cümlədən xizək turizmi sahəsində əməkdaşlıq imkanları, bu istiqamətdə birgə fəaliyyətin təşkili və qarşılıqlı turizm məhsullarının təşviqi məsələləri müzakirə olunub.

Bununla yanaşı Kars istiqamətinin Azərbaycan turizm bazarında tanıdılması, Azərbaycan turistlərinin bu bölgəyə cəlb olunması, eləcə də turizm şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.