• USD 1.7
  • 8 °C
|

Getmə turizmi üzrə turoperatorların ilk Iclası keçirilib

15 Dekabr 2025
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində getmə turizmi üzrə fəaliyyət göstərən yerli və xarici turoperatorların nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.

İşçi qrupunun fəaliyyətinin əsas məqsədi getmə turizmi üzrə turoperatorların üzləşdikləri mövcud çətinlikləri, fikir və təklifləri müzakirə etmək, birgə layihələr irəli sürmək, sektorun rəqabət qabiliyyətini artırmaq, yeniliklər barədə ATAA üzvülərini məlumatlandırmaqdır.

Yeni yaradılmış işçi qrupu getmə turizmi bazarında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, biznes mühitinin təkmilləşdirilməsinə, sektorun davamlı inkişafına töhfə verəcək.

Qrupa daxil olan üzvlərin ay ərzində ən azı bir dəfə toplanması nəzərdə tutulur. Görüşlər zamanı qaldırılan məsələlər, eləcə də müzakirə olunan problemlərin həlli ilə bağlı hazırlanacaq təkliflər baxılması və müvafiq qərarların qəbul edilməsi üçün Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinə təqdim ediləcək.