• USD 1.7
  • 18 °C
|

ATAA üzvləri “Hill” restoranının imkanları ilə tanış olublar

9 Oktyabr 2026
img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) və “Hill” restoranının birgə təşəbbüsü ilə Assosiasiya üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilib.

Tədbirin əsas məqsədi “Hill” restoranının xidmət və imkanlarını ATAA üzvlərinə tanıtmaq, turizm şirkətləri ilə restoran arasında işgüzar əlaqələr yaratmaq və gələcək əməkdaşlıq perspektivlərini dəyərləndirmək olub.

İşgüzar səhər yeməyi çərçivəsində ATAA üzvləri restoranın fəaliyyəti, qonaqlara təqdim edilən xidmətlər və əməkdaşlıq imkanları ilə tanış olublar.

Görüş zamanı turizm şirkətləri ilə Hill restoranı arasında qarşılıqlı əməkdaşlığın qurulması, restoranın turizm məhsullarında və müştərilərə təqdim olunan xidmət paketlərində yer alması, eləcə də yerli və xarici turistlər üçün yeni imkanların yaradılması istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.