
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə üzv şirkətlər üçün İçərişəhər ərazisində yerləşən bir sıra tarixi və mədəni turizm obyektlərinə tanışlıq məqsədli info tour təşkil olunub.
İnfotur çərçivəsində ATAA üzvləri Buxara Karvansarayının tarixi irs və memarlıq xüsusiyyətləri ilə, həmçinin Dastan Mərkəzi və Azərbaycan Numizmatika Muzeyində saxlanılan eksponatlar ilə tanış olub, onlara bu məkanların müasir konsepsiya və istifadə imkanları haqqında məlumat verilib, turizm məhsulu kimi satış potensialı və birgə əməkdaşlıq imkanları müzakirə edilib.